
Türkiyədə 70 kq qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisinə HÖKM OXUNDU
Türkiyədə 70 kiloqram qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisi Qəhrəman Şamil oğlu Məmmədov 6 il müddətə azadlıqdan məhrum edilib.
Türkiyədə 70 kiloqram qızılla saxlanılan sabiq hərbi attaşe köməkçisi Qəhrəman Şamil oğlu Məmmədov 6 il müddətə azadlıqdan məhrum edilib.
Gundem.today "Report"a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Prokuror Q.Məmmədovun 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Qəhrəman Məmmədov son olaraq Azərbaycanın Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olub.
Q.Məmmədov qızıl külçələri qabaqcadan əlbir olduğu şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən birinə doğru hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Q.Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda çimərlikdəki qətlin bəzi təfərrüatı bəlli oldu - MƏHKƏMƏ
Bakıda çimərlikdə qətl törətməkdə təqsirləndirilən Mətləb Süleymanlı, Tural Abbasov, Rövşən Abbasov, Samir Abbasov və Dəyanət Məhərrəmovun cinayət işinin məhkəməsinin növbəti prosesi keçirilib. Cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
KriminalQuldurluq etməkdə təqsirli bilinən dəstə üzvlərinə hökm oxundu, biri azadlığa buraxıldı
Tamah niyyəti ilə qabaqcadan əlbir olaraq oğurluqda və quldurluqda təqsirləndirilən Elmar Babayev, Samir Əliyev və Məhəmməd Şirinzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KriminalAğcabədidə öldürülən Şaiq ANAMA əməkdaşı imiş: Yaxın günlərdə ata olacaqdı - FOTO
Ağcabədidə qətlə yetirilən 30 yaşlı Şaiq Mamedov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.
KriminalBirgə yaşadıqları şəxsi pula görə öldürməkdə təqsirləndirilənlərin məhkəməsində GƏRGİNLİK
Nəsimi rayonunda birlikdə kirayədə yaşadıqları şəxsi yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işləri üzrə növbəti məhkəmə baxış iclası olub.