
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ - Xəsarət alan həkimin FOTOSU
Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin fotosu yayılıb.
Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində xəsarət alan Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin fotosu yayılıb.
Gundem.today həmin fotonu təqdim edir:
Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şüa-diaqnostika şöbəsində baş verib.
Gundem.today-ın xəbərinə görə, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.
Samir Əli
Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.
Gundem.today-ın əldə etdiyi məlumata görə, xəstə Mübariz Əliyev hadisə yerində ölüb, bir həkim xəsarət alıb.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəGoranboyda avtomobil marketin hasarına çırpıldı, ölən və xəsarət alan var
Goranboyda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
HadisəCəlilabadda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
HadisəKənar Dairəvi yolda ZƏNCİRVARİ QƏZA - VİDEO
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
HadisəMilli Onkologiya Mərkəzində baş verən partlayışla bağlı cinayət işi başlandı
Aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub.