
Muxtar Babayev: "Son 30 ildə iqlim hadisələri kənd təsərrüfatına 3 trilyon dollar zərər vurub"
"Dünyada son 30 ildə iqlim hadisələri kənd təsərrüfatına 3 trilyon ABŞ dolları zərər vurub. Bu, hər il təxminən 100 milyard dollardan artıq itkidir. Qeyd edilən fakt bir daha göstərir ki, iqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi bir çağırışa çevrilir".
"Dünyada son 30 ildə iqlim hadisələri kənd təsərrüfatına 3 trilyon ABŞ dolları zərər vurub. Bu, hər il təxminən 100 milyard dollardan artıq itkidir. Qeyd edilən fakt bir daha göstərir ki, iqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi bir çağırışa çevrilir".
Gundem.today xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Aqrobiznesin İnkişaf Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün strateji əhəmiyyət daşıyan əsas sektorlardan biridir:
"Əvvəllər mövsümü xarakter daşıyan iqlim hadisələri bu gün tez-tez baş verir. Geniş miqyaslı quraqlıq və daşqınlar olur.
Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, hava və iqlimlə bağlı fəlakətlərin sayı beş dəfə artıb. Sellər ən təhlükəli fəlakət hesab olunur. 168 ölkədə 4 700-dən çox sel hadisəsi qeyd alınıb, bu 3.2 milyard insanı əhatə edib.
Ekstremal hadisələrin proqnozlaşdırılması mürəkkəbləşir. Bu isə erkən xəbərdarlıq sistemləri üçün əlavə problemlər yaradır. Kənd təsərrüfatında planlaşdırmanı çətinləşdirir, risklərin idarə olunması daha da qəlizləşir.
Habelə artan tələbatı qarşılamaq olduqca çətinləşib. İqlim dəyişikliyi nəticəsində 2 milyard hektardan çox torpaq sahəsi deqradasiyaya məruz qalıb.
Quraqlıq məhsuldarlığın azalmasına səbəb olur. Yağış və daşqınlar eroziyanı sürətləndirir, torpaq qatını yuyur, aqrar sahəyə ziyan vurur. Məsələ bununla bitmir. Kənd təsərrüfatı həm risklərə üzləşən və bunu formalaşdıran əsas səbəbdir. Son dövrlərdə region dövlətlərində baş verən münaqişələr də ətraf mühitə zərər verir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatQlobal gərginliklər Azərbaycana nə vəd edir? - İNFLYASİYA PROQNOZLARI AÇIQLANDI
Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.
İqtisadiyyat"Yatırılan hər bir dollar beş dollar gəlir gətirir" - BMT rəsmisindən maraqlı fakt
"Kənd təsərrüfatına qoyulan hər bir dollar beş dollar gəlir gətirir".
İqtisadiyyatAzərbaycanda müşahidə olunan temperatur anomaliyası AÇIQLANDI
"Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1.1 dərəcə təşkil edib".
İqtisadiyyatMərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6.5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.