
"mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən "mygov" platformasının inkişafında yeni yanaşmaya start verilib. Bu çərçivədə vətəndaşlar artıq yalnız xidmət istifadəçisi deyil, xidmətlərin birgə dizaynında iştirak edən tərəf kimi çıxış edir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən "mygov" platformasının inkişafında yeni yanaşmaya start verilib. Bu çərçivədə vətəndaşlar artıq yalnız xidmət istifadəçisi deyil, xidmətlərin birgə dizaynında iştirak edən tərəf kimi çıxış edir.
Təşəbbüs "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"na uyğun olaraq həyata keçirilir və dövlət xidmətlərinin təqdimatından vətəndaş təcrübəsinin dizaynına keçidi hədəfləyir. Əsas məqsəd xidmətlərin real istifadəçi ehtiyaclarına əsaslanaraq davamlı şəkildə təkmilləşdirilməsidir.
Bu yanaşma əsasında keçirilən görüşlər vətəndaş rəylərinin xidmətlərin ilkin mərhələdən formalaşdırılmasına inteqrasiyasını təmin edir. Təşəbbüs həm aktiv istifadəçiləri, həm də rəqəmsal xidmətlərdən məhdud istifadə edən qrupları əhatə edir.
İlk görüş aprelin 30-da İRİA-da baş tutub. Görüşdə "mygov" platformasında təqdim olunan etibarnamə xidmətlərindən istifadə etmiş vətəndaşlar iştirak ediblər.
Müzakirələr zamanı istifadəçi təcrübəsi, xidmətlərin əlçatanlığı və interfeysin sadələşdirilməsi ilə bağlı rəylər toplanıb. Toplanan rəy və müşahidələr əsasında xidmətlər üzrə addımların azaldılması, interfeysin optimallaşdırılması və istifadə prosesinin daha sadə və aydın qurulması istiqamətində ilkin qərarlar formalaşdırılıb.
"mygov" bu çərçivədə dövlət xidmətlərinə çıxış üçün vahid platforma və vətəndaş iştirakını təmin edən əsas institusional mexanizm kimi çıxış edir. Toplanan rəy və məlumatlar xidmətlərin vətəndaş rəyləri və istifadəçi davranış məlumatları əsasında sistemli şəkildə təkmilləşdirilməsinə imkan verəcək.
Bu təşəbbüs vətəndaşların rəqəmsal hökumət proseslərində iştirakını genişləndirir və dövlət xidmətlərinin daha çevik, əlçatan və istifadəçiyönümlü inkişafına xidmət edir.
Xatırladaq ki, "mygov" platformasında vətəndaşlara nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə, nəqliyyata sərəncam etibarnaməsi, etibarnaməyə xitam kimi rəqəmsal xidmətlər təqdim olunur. Eyni zamanda, vətəndaşlar etibarnamə məlumatlarını platforma üzərindən əldə edə bilirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"McDonald's Azərbaycan" dünya çempionu olan gənc karateçini dəstəklədi
Beynəlxalq arenada yüksək nəticələr əldə edən gənc idmançıların hekayələri getdikcə daha çox qürur mənbəyinə çevrilir.
Digər"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir
"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir. Bu əlamətdar tarix Yaponiya bazarının aviaşirkətin beynəlxalq marşrut şəbəkəsində mühüm yer tutduğunu göstərir və şirkətin beynəlxalq yük aviadaşımalarının inkişafına uzunmüddətli yanaşmasını bir daha təsdiqləyir.
Digər"Referans Medical Group" və "Novo Nordisk Azərbaycan" piylənmə mərkəzlərinin yaradılması istiqamətində strateji müqavilə imzalayıb
Azərbaycanda artıq çəki və piylənmə problemi getdikcə aktual xarakter alır və bu istiqamətdə daha sistemli və effektiv yanaşmalara ehtiyac artır. Mütəxəssislər bildirirlər ki, piylənmə yalnız həyat tərzi ilə bağlı deyil, uzunmüddətli idarə olunma tələb edən bir vəziyyətdir. Bu isə sahədə yeni və daha müasir yanaşmaların tətbiqini zəruri edir.
Digərİtalyan keyfiyyəti Azərbaycan tarlalarında: "Prime Leasing" və "Landini" əməkdaşlığında yeni mərhələ
Azərbaycanın aqrar sektorunda daim yenilikləri ilə tanınan "Prime Leasing" MMC, İtaliyanın dünyaşöhrətli "Argo Tractors" istehsalçısına məxsus "Landini" brendi ilə rəsmi əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində şirkətin nümayəndə heyəti İtaliyanın Fabbriko şəhərində yerləşən "Argo Tractors"un baş qərargahına və zavodlarına işgüzar səfər edərək əsas strateji hədəflərlə bağlı görüşlər keçirib.