
"Referans Medical Group" və "Novo Nordisk Azərbaycan" piylənmə mərkəzlərinin yaradılması istiqamətində strateji müqavilə imzalayıb
Azərbaycanda artıq çəki və piylənmə problemi getdikcə aktual xarakter alır və bu istiqamətdə daha sistemli və effektiv yanaşmalara ehtiyac artır. Mütəxəssislər bildirirlər ki, piylənmə yalnız həyat tərzi ilə bağlı deyil, uzunmüddətli idarə olunma tələb edən bir vəziyyətdir. Bu isə sahədə yeni və daha müasir yanaşmaların tətbiqini zəruri edir.
Azərbaycanda artıq çəki və piylənmə problemi getdikcə aktual xarakter alır və bu istiqamətdə daha sistemli və effektiv yanaşmalara ehtiyac artır. Mütəxəssislər bildirirlər ki, piylənmə yalnız həyat tərzi ilə bağlı deyil, uzunmüddətli idarə olunma tələb edən bir vəziyyətdir. Bu isə sahədə yeni və daha müasir yanaşmaların tətbiqini zəruri edir.
Bu istiqamətdə "Referans Medical Group" və "Novo Nordisk" arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin imzalanma mərasimi "Referans Medical Group"a daxil klinikalardan birində baş tutub və sənəd "Referans Medical Group"un direktoru Elgiz Vaqif oğlu Dadaşov və "Novo Nordisk Azərbaycan"ın baş direktoru Şule Erdim Ersoy tərəfindən imzalanıb. Əməkdaşlıq çərçivəsində "Referans Medical Group" şəbəkəsində ixtisaslaşmış piylənmə mərkəzlərin yaradılması istiqamətində işlər başlanılıb.
Layihə "Novo Nordisk Azərbaycan"ın "Az Çəki, Çox Həyat" kampaniyası çərçivəsində həyata keçirilir.
Bu təşəbbüsü şərh edən "Novo Nordisk Azərbaycan"ın baş direktoru Şule Erdim Ersoy bildirib ki, "bu tərəfdaşlıq piylənməyə yanaşmanın dəyişdirilməsinə yönəlib. Məqsədimiz yalnız çəki azaltmaq deyil, piylənməni uzunmüddətli idarə olunan bir vəziyyət kimi qəbul edərək pasiyentlərə davamlı və effektiv dəstək göstərməkdir".
Təşəbbüs çərçivəsində tətbiq olunacaq model piylənmənin idarə olunmasına yönəlmiş strukturlaşdırılmış və multidissiplinar yanaşmaya əsaslanır. Bu prosesdə müxtəlif ixtisaslı həkimlər birlikdə çalışacaq və pasiyentlər üçün fərdi yanaşma təmin ediləcək.
"Referans Medical Group"un direktoru Elgiz Dadaşov qeyd edib ki, "bu əməkdaşlıq çərçivəsində tətbiq olunan model pasiyentlərə daha koordinasiyalı və keyfiyyətli tibbi xidmət təqdim etməyə imkan verir və onları uzunmüddətli sağlamlıq yolunda dəstəkləyir".
Layihə çərçivəsində erkən diaqnostika və maarifləndirmə xüsusi yer tutur. Mərkəzlərdə müasir "InBody" cihazları vasitəsilə bədən kütlə indeksi (BKİ) ölçüləcək, BKİ göstəricisi 25-dən yuxarı olan şəxslər ixtisaslaşmış piylənmə mərkəzlərinə yönləndiriləcək və onlara fərdi yanaşma əsasında müvafiq tövsiyələr təqdim olunacaq.
Eyni zamanda, ictimaiyyət arasında maarifləndirmə günləri təşkil ediləcək və piylənməyə yanaşmanın dəyişdirilməsi istiqamətində addımlar atılacaq.
Bununla yanaşı, əməkdaşlıq çərçivəsində səhiyyə mütəxəssisləri üçün təlim proqramları həyata keçiriləcək, bu isə ölkədə piylənmənin idarə olunması üzrə bilik və bacarıqların gücləndirilməsinə töhfə verəcək.
Piylənmə mərkəzləri "Referans Medical Group"a daxil olan bir neçə klinikalarda fəaliyyət göstərəcək.
Bu təşəbbüs piylənməyə yanaşmanın dəyişdirilməsinə, ictimai maarifləndirmənin artırılmasına və daha effektiv və davamlı həllərin tətbiqinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərAzərbaycan Universitetində gələcəyin ali təhsil modelinə həsr olunan beynəlxalq konfrans keçirilir
Azərbaycan Universitetində "The Future of Higher Education: Global Perspectives, Local Impact" (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı ikigünlük beynəlxalq konfrans keçirilir. Tədbirdə ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunur.
Digər"McDonald's Azərbaycan" dünya çempionu olan gənc karateçini dəstəklədi
Beynəlxalq arenada yüksək nəticələr əldə edən gənc idmançıların hekayələri getdikcə daha çox qürur mənbəyinə çevrilir.
Digər"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir
"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir. Bu əlamətdar tarix Yaponiya bazarının aviaşirkətin beynəlxalq marşrut şəbəkəsində mühüm yer tutduğunu göstərir və şirkətin beynəlxalq yük aviadaşımalarının inkişafına uzunmüddətli yanaşmasını bir daha təsdiqləyir.
Digər"mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən "mygov" platformasının inkişafında yeni yanaşmaya start verilib. Bu çərçivədə vətəndaşlar artıq yalnız xidmət istifadəçisi deyil, xidmətlərin birgə dizaynında iştirak edən tərəf kimi çıxış edir.