Regionda aramsız yağışlar: Səbəb iqlim dəyişikliyidir, yoxsa İran-ABŞ-İsrail müharibəsi? - VİDEO
Cəmiyyət

Regionda aramsız yağışlar: Səbəb iqlim dəyişikliyidir, yoxsa İran-ABŞ-İsrail müharibəsi? - VİDEO

İndi
01:12
0 baxış
Paylaş:

Son günlər Azərbaycanda və qonşu ölkələrdə müşahidə olunan aramsız yağışlar ciddi fəsadlara yol açıb. Normadan artıq düşən yağıntıların səbəbi ilə bağlı cəmiyyətdə müxtəlif mülahizələr irəli sürülür. Xüsusilə, regionda davam edən hərbi gərginliyin - ABŞ və İsrailin İranla apardığı müharibənin təbiət hadisələrinə təsir etdiyi iddia olunur.

Gundem.today ATV-yə istinadla xəbər verir ki, bəzi mütəxəssislər və araşdırmaçıların qənaətinə görə, hərbi əməliyyatlar zamanı istifadə olunan güclü partlayıcı maddələr, raket zərbələri və kimyəvi silahlar atmosferin strukturunu pozur. Bu amillərin ekosistemi sıradan çıxararaq birbaşa və ya dolayısı ilə leysan yağışlara, sel daşqınlarına və kəskin iqlim dəyişikliklərinə səbəb olduğu bildirilir. Region dövlətlərindən Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistanda qeydə alınan anomal hava şəraiti məhz bu hərbi fəaliyyətlərin ekoloji nəticəsi kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Həsən Nəbiyev maraqlı məqamlara toxunub. Ekspert bildirir ki, hərbi fəaliyyətlərin partlayışlar və raket zərbələri vasitəsilə atmosferə təsir göstərməsi istisna olunmur:

"Müharibə zamanı yaranan partlayış dalğaları və kimyəvi maddələr ətraf mühitə təsir edə bilər. Lakin hazırkı hərbi əməliyyatların coğrafiyasını nəzərə alsaq, bu təsirlər daha çox İran körfəzi ətrafındakı ölkələrdə aramsız yağıntılara səbəb ola bilər".

Ekspertin fikrincə, müharibələrin atmosferə və iqlimə təsiri elmi cəhətdən müzakirə mövzusu olsa da, regiondakı genişmiqyaslı təbiət hadisələrini tamamilə hərbi əməliyyatlarla əlaqələndirmək üçün daha dərin ekoloji monitorinqlərə ehtiyac var.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#İqlim_dəyişikliyi#Yağışlı_hava#Yağışın_fəsadları#Ekologiyaya_zərər_vurmaq#Coğrafiya_İnstitutu#Hərbi_əməliyyat#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#İsrail#İran#İsrail-İran_gərginliyi

Oxşar Xəbərlər