
Şənbə günü 26 dərəcə isti olacaq - 02.05.2026
Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə 60-70% olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏT
"NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər."
CəmiyyətXRİTDX-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüş keçirib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) ABŞ Dövlət Departamentinin Kiberməkan və Rəqəmsal Siyasət Bürosunun (CDP) nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
CəmiyyətXRİTDX-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) ABŞ Dövlət Departamentinin Kiberməkan və Rəqəmsal Siyasət Bürosunun (CDP) nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
CəmiyyətWUF13: Bakıdakı beynəlxalq forumda iştirak üçün qeydiyyatdan keçənlərin SAYI AÇIQLANDI
"Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün müxtəlif ölkələrdən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib".