Səudiyyə Ərəbistanı ABŞ-yə hava məkanından istifadəyə niyə qadağa qoyur? - VİDEO
ABŞ köməyi həm NATO daxilindəki tərəfdaşlarından, həm də Körfəz ölkələrindən gözləyirdi. Amma Qərb ölkələrinin "bu bizim müharibəmiz deyil" deyərək İran və Hörmüz məsələsində Prezident Trampın yanında olmayacaqlarını açıqlamasından bir müddət sonra Səudiyyə Ərəbistanı da ABŞ-nin Hörmüz boğazında gəmilərin təhlükəsizliyini təmin etməyi hədəfləyən "Azadlıq Layihəsi" əməliyyatını dəstəkləməkdən imtina etdi.

Səbəb də Qərb ölkələrinin gətirdiyi arqumentlə eynidir: Vaşinqton İran və Hörmüz boğazı ilə bağlı atacağı addımlar barədə krallığı əvvəlcədən xəbərdar etməyib.
"NBC News" iddia edir ki, rəsmi Ər-Riyad Vaşinqtona Amerika təyyarələrinin Şahzadə Sultan hava bazasından qalxmasına icazə verməyəcəyini və onların ölkənin hava məkanından istifadəsini qadağan edəcəyini bildirib.
Hətta Trampın Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla telefon danışığı da vəziyyəti düzəltməyə kömək etməyib. Bundan sonra Amerika lideri "Azadlıq" əməliyyatını dayandırmaq məcburiyyətində qalıb.
Maraqlıdır, Səudiyyə Ərəbistanı ABŞ-yə hava məkanından istifadəyə niyə qadağa qoyur?
Baku TV-nin süjetində bu və digər suallara aydınlıq gətirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətABŞ və Çin arasında böyük bazarlıq: İran və Rusiya əsas mövzu olur? - VİDEO
Baku TV-nin "Aktual gündəm" verilişinin yeni buraxılışında ABŞ-Çin münasibətləri müzakirə edilib.
SiyasətWUF13-ün Təşkilat Komitəsinin iclası keçirildi, tapşırıqlar verildi - FOTO
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin mayın 7-də iclası keçirilib.
SiyasətBoşa çıxan "təşəbbüs"lər və Bakı faktoru: Fransa regionda niyə istədiyini ala bilmir? - VİDEO
Cənubi Qafqazda geosiyasi proseslər son illərdə yeni mərhələyə daxil olub. Regionda yaranmış yeni reallıqlar Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini bir-biri ilə daha əlaqəli prosesə çevirib.
SiyasətAzərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirilib
Bakı şəhərində Azərbaycan və Finlandiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.