Son dəqiqə
Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKALamin Yamal ispan bloqerlə görüşməyə başlayıbSüni intellekt psixoloqları əvəz edə bilərmi? - Mütəxəssisdən maraqlı açıqlamaBir sıra müavinətlərin verilməsi qaydalarında YENİLİKNəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?ABŞ-də iki milyon dollarlıq kuryoz fırıldaq: Ata və qızı məşhur rəsmləri saxtalaşdıraraq satıblar - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Səyahət planlaşdırmaq çətinləşir: Tur paketi alanlardan niyə əlavə ödəniş istənilir? - VİDEO
Səyahət planlaşdırmaq çətinləşir: Tur paketi alanlardan niyə əlavə ödəniş istənilir? - VİDEO
Cəmiyyət

Səyahət planlaşdırmaq çətinləşir: Tur paketi alanlardan niyə əlavə ödəniş istənilir? - VİDEO

Bu gün
22:48
0 baxış
Paylaş:

Türkiyəyə uçuşlar üzrə inhisarçı mövqedə olduğu bildirilən "Summer Tour Azərbaycan" şirkəti artıq satılmış və müştərilərə təqdim edilmiş tur paketləri üzrə əlavə ödəniş tələb etməyə başlayıb.

Türkiyəyə uçuşlar üzrə inhisarçı mövqedə olduğu bildirilən "Summer Tour Azərbaycan" şirkəti artıq satılmış və müştərilərə təqdim edilmiş tur paketləri üzrə əlavə ödəniş tələb etməyə başlayıb.

Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Şirkətin yaydığı açıqlamada qeyd olunur ki, indiyədək satılmış və ödənişi tam həyata keçirilmiş Türkiyə turları üzrə hər bir səyahətçidən 65 dollar əlavə ödəniş tələb olunur.

Turizm şirkətlərinə ünvanlanan məlumatda bu qərarın səbəbi kimi dünya üzrə mövcud iqtisadi vəziyyət, yanacaq qiymətlərində ciddi artım və çatışmazlıq fonunda aviabiletlərin qiymətlərində baş verən dəyişikliklər göstərilir.

Turizm eksperti Rəhman Quliyev isə bildirib ki, "Azərbaycan Hava Yolları" QSC-də hazırda hər hansı qiymət artımı müşahidə olunmur:

"Bahalaşma olsa belə, satış siyasətinə uyğun olaraq bu cür qərarlar yalnız qərarın verildiyi tarixdən sonra rəsmiləşdirilən biletlərə şamil edilə bilər. Azərbaycanda fəaliyyət göstərən tur operatorları aviabilet, hotel, sığorta, transfer kimi xidmətləri paket halına salaraq vergi ödəyicisi olan turizm şirkətləri vasitəsilə müəyyən marja ilə satışa çıxarırlar. Bu qərar turizm şirkətlərini ciddi maliyyə çətinliyi ilə üz-üzə qoya bilər. Turistlərlə turizm şirkətləri arasında narazılıq və mübahisələrin yaranması istisna deyil".

Məsələ ilə bağlı "Summer Tour Azərbaycan" şirkətindən qeyd edilib ki, yanacaq əlavəsinin tətbiqi onların qərarı deyil və bu, şirkətin səlahiyyətlərinə daxil deyil:

"Təyyarələr aviaşirkətlərə məxsusdur və bu kimi dəyişikliklər birbaşa aviaşirkətlər tərəfindən tənzimlənir. Yanacaq əlavəsinin ödənilməsi ilə razılaşmayan turistlərə isə ödənişlər müvafiq cərimələr tutulmadan tam şəkildə geri qaytarılacaq".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Türkiyə#Azərbaycan_Hava_Yolları_QSC_(AZAL)#Azərbaycanda_turizm#Azərbaycanda_qiymət_artımı

Oxşar Xəbərlər

Bir sıra müavinətlərin verilməsi qaydalarında YENİLİKCəmiyyət

Bir sıra müavinətlərin verilməsi qaydalarında YENİLİK

Bu gündən Azərbaycanda dəfnə, hamiləliyə və doğuma görə verilən müavinətlərdə yenilik tətbiq olunacaq.

Bu gün
03:000
"Gündə iki dəfə uşağı dərsə aparıram, maşınım xarab olur" - Şamaxı sakinləri yolların vəziyyətindən ŞİKAYƏT EDİRLƏR - VİDEOCəmiyyət

"Gündə iki dəfə uşağı dərsə aparıram, maşınım xarab olur" - Şamaxı sakinləri yolların vəziyyətindən ŞİKAYƏT EDİRLƏR - VİDEO

Şamaxı şəhəri, Yeni Yaşayış Massivinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək yolsuzluqdan əziyyət çəkdiklərini bildiriblər.

Bu gün
01:540
Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEOCəmiyyət

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

İctimai nəqliyyatda ödənişlərlə bağlı narazılıqlar artır. Vətəndaşlar bildirirlər ki, bəzən ictimai nəqliyyatdan istifadə etmədikləri halda belə balanslarından vəsait silinir. Bəzi hallarda isə edilən ödənişlərin iki-üç qatının çıxıldığı qeyd olunur.

Bu gün
00:000
Belarusun Azərbaycandakı səfiri Baku TV-nin qonağı olubCəmiyyət

Belarusun Azərbaycandakı səfiri Baku TV-nin qonağı olub

Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Baku TV-nin ofisində qonaq olub.

Bu gün
22:000