
Belarusun Azərbaycandakı səfiri Baku TV-nin qonağı olub
Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Baku TV-nin ofisində qonaq olub.
Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Baku TV-nin ofisində qonaq olub.
Gundem.today xəbər verir ki, görüş zamanı telekanalın direktoru Ramin Cəfərov səfiri kanalın iş prinsipləri, rəqəmsal media uğurları və Çin, Özbəkistan, Qazaxıstanın aparıcı media qurumları ilə imzalanmış əməkdaşlıq memorandumları barədə məlumatlandırıb.
Səfir Dmitri Pineviç Baku TV-nin texnoloji imkanlarını təqdir edərək bildirib ki, o, Baku TV ilə yanaşı, "Global Media Group"a daxil olan digər media resurslarının da fəaliyyətini, hazırlanan xəbərlərə peşəkar yanaşmanı daim izləyir və yüksək qiymətləndirir. O, Azərbaycan və Belarus arasında media platformaları üzərindən qurulacaq bağların hər iki xalq üçün faydalı olacağını və dürüst informasiya axınının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə gələcək tərəfdaşlıq və birgə layihə imkanları da müzakirə olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Gündə iki dəfə uşağı dərsə aparıram, maşınım xarab olur" - Şamaxı sakinləri yolların vəziyyətindən ŞİKAYƏT EDİRLƏR - VİDEO
Şamaxı şəhəri, Yeni Yaşayış Massivinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək yolsuzluqdan əziyyət çəkdiklərini bildiriblər.
CəmiyyətGediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO
İctimai nəqliyyatda ödənişlərlə bağlı narazılıqlar artır. Vətəndaşlar bildirirlər ki, bəzən ictimai nəqliyyatdan istifadə etmədikləri halda belə balanslarından vəsait silinir. Bəzi hallarda isə edilən ödənişlərin iki-üç qatının çıxıldığı qeyd olunur.
CəmiyyətSəyahət planlaşdırmaq çətinləşir: Tur paketi alanlardan niyə əlavə ödəniş istənilir? - VİDEO
Türkiyəyə uçuşlar üzrə inhisarçı mövqedə olduğu bildirilən "Summer Tour Azərbaycan" şirkəti artıq satılmış və müştərilərə təqdim edilmiş tur paketləri üzrə əlavə ödəniş tələb etməyə başlayıb.
CəmiyyətDizel mühərrikli avtomobillər qadağan edilir? - VİDEO
Təxminən altı il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi dizel avtomobillərdən istifadənin mərhələli şəkildə məhdudlaşdırılacağını bildirmişdi. Hazırda bəzi Avropa ölkələri də dizel mühərrikli avtomobillərdən imtina etməyə hazırlaşır.