
Tailandda ənənəvi festivalda 200-ə yaxın insan öldü - VİDEO
Tailandda ənənəvi Sonqkran festivalının - "dünyanın ən böyük su döyüşü" kimi tanınan tədbirin keçirilməsi zamanı kütləvi ölüm halları baş verib.
Tailandda ənənəvi Sonqkran festivalının - "dünyanın ən böyük su döyüşü" kimi tanınan tədbirin keçirilməsi zamanı kütləvi ölüm halları baş verib.
Gundem.today xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Məlumata görə, festivalın ilk üç günü ərzində 191 ölüm hadisəsi baş verib. Bundan əlavə 911 nəfər yaranıb, 951 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yol-nəqliyyat hadisələrinin əsas səbəbləri sürət həddinin aşılması və sərxoş halda avtomobil idarə edilməsidir. Hökumətin yol hərəkəti təhlükəsizliyi kampaniyasına, sərxoş sürücülərə nəzarətin gücləndirilməsinə və polis baryerlərinin sayının artırılmasına baxmayaraq, festival zamanı qurbanların sayı son dərəcə yüksək olub.
Bayramın yalnız ilk günündə qəzalarda 51 nəfər ölüb. Ölüm hadisələrinin 42%-dən çoxu sürət həddinin aşılması, daha 27.4%-i isə sərxoş halda avtomobil idarə edilməsi səbəbindən baş verib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Tailand yol-nəqliyyat hadisələrində ölüm sayına görə ən yüksək göstəricilərə malik 10 ölkə sırasına daxildir.
Hər il Sonqkran festivalı yeni başlanğıclar bayramı kimi təqdim olunur, əsas əyləncə isə küçələrdə keçirilən zərərsiz su döyüşləri hesab edilir. Lakin reallıq kütləvi xoşagəlməz hadisələrin baş verməsi ilə əlamətdar olur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyədə məktəbə hücum nəticəsində ölənlərin sayı artdı
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı on nəfərə çatıb.
DünyaNATO Finlandiyada Rusiya ilə müharibəyə hazırlaşır? - Moskva və Helsinkidən sərt xəbərdarlıqlar
Rusiyanın Helsinkidəki (Finlandiya) diplomatik nümayəndəliyinin rəhbəri Pavel Kuznetsov Şimali Atlantika Alyansının (NATO) Finlandiya ərazisində Rusiya Federasiyası ilə ehtimal olunan toqquşmaya hazırlıq gördüyünü bəyan edib.
DünyaCENTCOM rəhbərinin Yaxın Şərq səfəri: Hansı məsələlər müzakirə olunub?
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper son 15 gün ərzində Yaxın Şərq regionunda altı ölkəyə səfər edərək, yerli hərbi rəhbərliklərlə İrana qarşı müqavimət strategiyasını müzakirə edib.
DünyaLondonda sinaqoqu yandırmağa cəhd edən iki nəfər saxlanılıb
Böyük Britaniya hüquq-mühafizə orqanları Londonun şimalındakı Finçli bölgəsində yerləşən sinaqoqu yandırmağa cəhd göstərməkdə şübhəli bilinən iki nəfəri həbs edib.