
Trampdan Orbana BÖYÜK JEST: Macar xalqını ona səs verməyə çağırdı - FOTO
"2022-ci ildə Viktor Orbanın yenidən seçilməsini qürurla dəstəkləmişdim və bunu bir daha etmək mənim üçün böyük şərəfdir".
"2022-ci ildə Viktor Orbanın yenidən seçilməsini qürurla dəstəkləmişdim və bunu bir daha etmək mənim üçün böyük şərəfdir".
Gundem.today xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb. Ağ Ev lideri Macarıstanın Baş naziri Viktor Orbana dəstək nümayiş etdirək, macar xalqını onun partiyasını növbəti müddətə yenidən seçməyə çağırıb:
"Macarıstanın hörmətli Baş naziri Viktor Orban möhtəşəm nəticələr əldə etmək təcrübəsi sübut olunmuş, həqiqətən güclü və nüfuzlu bir rəhbərdir. O, öz böyük ölkəsi və xalqı üçün yorulmadan mübarizə aparır və onları mənim Amerika Birləşmiş Ştatlarını sevdiyim kimi sevir. Viktor Macarıstanı qorumaq, iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, ticarəti təşviq etmək, qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq, həmçinin qayda-qanunu təmin etmək üçün bütün səylərini səfərbər edir! Mənim administrasiyam dövründə Macarıstan və ABŞ arasındakı əlaqələr böyük ölçüdə Baş nazir Orbanın sayəsində əməkdaşlığın yeni zirvələrinə çatdı və mühüm uğurlar qazandı. Hər iki ölkənin uğur və əməkdaşlıq yolunda irəliləməsi üçün onunla sıx əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirəm".
Seçki günü 12 aprel 2026-cı il, bazar günüdür. Macarıstan: Gedin və Viktor Orbana səs verin. O, əsl dost, mübariz və qalibdir. Mən onun Macarıstanın baş naziri vəzifəsinə yenidən seçilməsini tam və qeyd-şərtsiz dəstəkləyirəm - Viktor Orban böyük Macarıstan xalqını heç vaxt məyus etməyəcək. Mən sonadək onunlayam!" - deyə Birləşmiş Ştatların prezidenti qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPolşada ABŞ-nin hərbi kontingentinin sayı artırılır
Polşa öz ərazisində yerləşən ABŞ hərbi kontingentinin sayının artırılacağına ümid edir.
DünyaMoskvada məktəbli metro qatarını pnevmatik tapança ilə gülləyə tutdu - VİDEO
Moskva polisinin əməkdaşları metronun Arbat-Pokrovskaya xəttinin "İzmaylovskaya" və "Pervomayskaya" stansiyaları arasındakı açıq sahədə hərəkət edən qatara həmyaşıdları ilə birlikdə pnevmatik tapançadan güllə atan yeddinci sinif şagirdinin şəxsiyyətini müəyyənləşdiriblər.
Dünyaİsrail ABŞ-nin təzyiqi ilə Livanla danışıqlara başlayır
ABŞ-nin təzyiqləri nəticəsində İsrail hökuməti gələn həftə Vaşinqtonda Livanla danışıqlar aparmağa razılıq verib.
DünyaTramp Hörmüz boğazı ilə bağlı təcili olaraq NATO-ya müraciət edib
ABŞ Prezidenti Donald Tramp NATO ölkələrini Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb.