
Türkiyəli tanınmış müğənni Yunanıstandan deportasiya edildi - VİDEO
Türkiyəli tanınmış müğənni Işın Karaca Yunanıstana buraxılmayıb və bu ölkədən deportasiya edilib.
Türkiyəli tanınmış müğənni Işın Karaca Yunanıstana buraxılmayıb və bu ölkədən deportasiya edilib.
Gundem.today xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, baş verənlərə səbəb 2024-cü ildə bu ölkənin Komotini şəhərində oxuduğu türk mahnıları olub.
"Afinaya girişimə icazə verilmədi. Səbəb odur ki, 2024-cü ildə Komotinidə "Nə mutlu türküm deyənə" və "İzmirin dağlarında çiçəklər açar" marşlarını oxumuşdum. Qızım və həyat yoldaşımı Yunanıstana buraxdılar, amma mən deportasiya edildim. Görünür, bu, milli məsələdir. İndiyə qədər gördüyüm ən absurd münasibətlə üzləşdim. Bizə bir stəkan su belə vermədilər", - deyə sənətçi bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesAğır qəzada qolunu itirən "Nikosayağı" aylar sonra göründü - VİDEO
"Nikosayağı" ləqəbi ilə tanınan bloqer Nicat Şakirli qardaşının toy mərasimində diqqət mərkəzinə düşüb.
Şou-biznesTürkiyədə məşhurlara qarşı əməliyyat: İstanbul baş prokuroru açıqlama verdi
İstanbul baş prokuroru Fatih Dönmez tanınmış şəxsləri hədəf alan narkotik istintaqı ilə bağlı açıqlama verib.
Şou-biznesMəşhur "Qulluqçu" romanının sirli müəllifi kimliyini açıqladı
Sidni Suini və Amanda Seyfridin baş rolları ifa etdiyi "Qulluqçu" filminə ilham verən ədəbi əsərin müəllifi əsl adını ictimaiyyətə açıqlayıb. Məlum olub ki, illərdir Frida Makfadden təxəllüsü ilə fəaliyyət göstərən şəxs əslində Sara Koen adlı qadındır.
Şou-biznesAlla Puqaçovanın Moskvadakı lüks mənzili satışa çıxarıldı - Qiyməti dodaq uçuqladır
Rusiyalı müğənni Alla Puqaçovaya məxsus, Moskvanın Arbat ərazisində yerləşən mənzil 5 milyon dollar (təxminən 465 milyon rubl) dəyərində satışa çıxarılıb.