
Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Bu gün Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Gundem.today xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından qidalanan 10 kV-luq 6 saylı şəhər hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 12:00-dan 14:00-dək Lənkəran şəhərinin Heydər Əliyev prospekti, Anar Mahmudov, Paşa Təhməzov, Şəkər Aslan küçələri, həmçinin "Raypo" və Kiçik bazar yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər elektrik enerjisi ilə təmin ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.
CəmiyyətBir qrup din xadimi Naxçıvanda tarixi abidələrlə tanış olub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən, həmçinin ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri yekunlaşıb.
CəmiyyətŞəkidə WUF13 Festivalı keçirilib
Şəki sakinləri və şəhərin qonaqları arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) barədə məlumatlılığın artırılması məqsədilə mayın 5-də "WUF13 Festivalı" keçirilib.
CəmiyyətSumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlandı
Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib.