
Vətəndaşların NƏZƏRİNƏ: Bu gündən Maldiv adalarına vizasız gediş mümkündür
Azərbaycan və Maldiv adaları bu gündən etibarən qısamüddətli səfərlər üçün qarşılıqlı vizasız rejim tətbiq edib.
Azərbaycan və Maldiv adaları bu gündən etibarən qısamüddətli səfərlər üçün qarşılıqlı vizasız rejim tətbiq edib.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb.
Bununla, sazişin müvafiq müddəalarına uyğun olaraq, sənəd 29 aprel 2026-ci il tarixində qüvvəyə minib.
Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək və ya tranzit keçmək, eləcə də giriş tarixindən etibarən 90 gündən artıq olmamaq şərti ilə həmin ərazidə qalmaq üçün viza tələbindən azad ediliblər.
Qeyd edək ki, hazırda Azərbaycandan 60-dan çox ölkəyə vizasız getmək mümkündür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAzərbaycan Avropa Parlamenti ilə münasibətlərin dayandırılması barədə rəsmi qərar qəbul edə bilər
Rəsmi Bakı Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinə cavab olaraq bu qurumla münasibətləri dayandıra bilər.
SiyasətBakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Gənclər Forumu keçiriləcək
30 aprel - 1 may tarixlərində paytaxtımızda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Post-kolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" adlı beynəlxalq Gənclər Forumu keçiriləcək.
SiyasətŞahin Mustafayev Ermənistanda səfərdədir
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edib.
SiyasətŞahin Mustafayev Ermənistanda səfərdədir - FOTO
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.