Son dəqiqə
İrəvanda Samvel Karapetyanın partiyasının üzvü saxlanılıbBir sıra yollarda sürət həddi endirildiMasazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs SAXLANILDITramp: "Meloninin cəsur olduğunu düşünürdüm, amma yanılmışam"Ermənistanda əsgər güllə yarasından ölübGərginlik artdı: İranı misli görünməmiş plan gözləyir? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "Yelo Bank" ilk rübdə faiz gəlirlərini 25% artırıb
"Yelo Bank" ilk rübdə faiz gəlirlərini 25% artırıb
Digər

"Yelo Bank" ilk rübdə faiz gəlirlərini 25% artırıb

Bu gün
16:22
0 baxış
Paylaş:

"Yelo Bank" 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövrünün nəticələrinə əsasən, bank həm gəlirlilik, həm də kapital dayanıqlığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Rəqəmlərə nəzər yetirdikdə rüb üzrə əsas göstəricilər belədir:

"Yelo Bank" 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövrünün nəticələrinə əsasən, bank həm gəlirlilik, həm də kapital dayanıqlığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Rəqəmlərə nəzər yetirdikdə rüb üzrə əsas göstəricilər belədir:

2026-cı ilin ilk üç ayı ərzində "Yelo Bank"ın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 25% artaraq 51 milyon manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 2 milyon manatı ötüb. Rüb ərzində bank 6.6 milyon manat xalis mənfəət əldə edib.

Ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 13% (120 milyon manat) artaraq 1 milyard 80 milyon manata yüksəlib. Real sektorun dəstəklənməsini prioritet hesab edən bankın biznes kredit portfeli 672 milyon manat təşkil edir ki, bu da ümumi portfelin 62%-dən çox olmaqla mühüm hissəsini əhatə edir. İstehlak kreditləri üzrə portfel isə analoji dövrlə müqayisədə 15% (55 milyon manat) artaraq rübün sonuna 410 milyon manat olub.

Müştərilərin maliyyə tərəfdaşı olaraq banka olan etimadı əmanət portfelinin həcmində özünü göstərir. Bankın əmanət portfeli ötən ilin ilk rübü ilə müqayisədə 16% (147 milyon manat) böyüyərək 1 milyard 60 milyon manatı ötüb.

Məcmu kapital ilin əvvəli ilə müqayisədə artaraq 177 milyon manata yüksəlib. Məcmu kapitalın adekvatlıq əmsalı 13.48%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 11.69% olmaqla, hər iki göstərici üzrə requlyativ tələbləri üstələyir.

Bankın ümumi aktivlərinin həcmi isə hesabat tarixinə 1 milyard 513 milyon manat səviyyəsindədir.

"Yelo Bank" ili yüksək templə başlayaraq maliyyə göstəricilərində artım dinamikasını qorumağa nail olub. Bank xüsusilə real sektorun, kiçik və orta sahibkarlığın dəstəklənməsini özünün strateji prioriteti hesab edir. Qarşıdakı dövrdə də "Yelo Bank" texnoloji həllərin tətbiqini sürətləndirməklə, müştərilərin maliyyə ehtiyaclarını müasir standartlara uyğun qarşılamağı və cəmiyyət üçün əlavə dəyər yaratmağı hədəfləyir.

Sərfəli krediti onlayn şəkildə əldə etmək istəyirsiniz? O zaman "981" nömrəsinə zəng edin və ya "Facebook", "Instagram", "Whatsapp" və yelo.az hesablarımızı ziyarət edin.

"Yelo Bank" - Parlaq bankçılıq!

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Yelo_Bank

Oxşar Xəbərlər

"Azercell"in dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" baş tutubDigər

"Azercell"in dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" baş tutub

Bu il müsabiqəyə 100-ə yaxın komanda müraciət edib.

Bu gün
17:380
"Bakcell"in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıbDigər

"Bakcell"in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb

"Bakcell" şirkətinin baş icraçı direktoru Klaus Müller 2026-cı il fevralın 6-da tutduğu vəzifədən ayrılıb. Telekommunikasiya sahəsində 30 ildən çox beynəlxalq təcrübəyə malik Klaus Müller təqaüdə çıxmaq qərarını elan edib.

Bu gün
15:480
"Unibank" birinci rübün maliyyə nəticələrini açıqladı - FOTODigər

"Unibank" birinci rübün maliyyə nəticələrini açıqladı - FOTO

"Unibank KB" 2026-cı ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.

Bu gün
15:200
"Kapital Bank" enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirirDigər

"Kapital Bank" enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir

Ölkənin birinci bankı "Kapital Bank" dayanıqlı inkişaf və yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu gün
11:220