
"Bakcell"in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"Bakcell" şirkətinin baş icraçı direktoru Klaus Müller 2026-cı il fevralın 6-da tutduğu vəzifədən ayrılıb. Telekommunikasiya sahəsində 30 ildən çox beynəlxalq təcrübəyə malik Klaus Müller təqaüdə çıxmaq qərarını elan edib.
"Bakcell" şirkətinin baş icraçı direktoru Klaus Müller 2026-cı il fevralın 6-da tutduğu vəzifədən ayrılıb. Telekommunikasiya sahəsində 30 ildən çox beynəlxalq təcrübəyə malik Klaus Müller təqaüdə çıxmaq qərarını elan edib.
Klaus Müllerin rəhbərliyi dövründə "Bakcell" strateji inkişaf mərhələsinə daxil olub, süni intellekt əsaslı həllərin tətbiqi genişlənib, innovativ məhsul və xidmətlər təqdim edilib, şirkətin rebrendinqi həyata keçirilib, xidmət portfeli genişləndirilib və abunəçi təcrübəsinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.
"Üç ildən artıq müddət ərzində komanda ilə birlikdə xüsusilə süni intellekt əsaslı xidmətlərin inkişafı istiqamətində önəmli nəticələr əldə etdik. Yerli və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə abunəçilərimizə yeni məhsul və imkanlar təqdim etdik. "Bakcell" komandasının hər biz üzvünə göstərdikləri peşəkarlıq və əməkdaşlığa görə təşəkkür edirəm. Əminəm ki, "Bakcell" "Azerconnect Group"un innovasiya ekosisteminin bir hissəsi kimi gələcəkdə də öz uğurlu inkişafını davam etdirəcək", - deyə Klaus Müller qeyd edib.
"Bakcell" Klaus Müllerə şirkətin strateji inkişafına və əldə etdiyi nailiyyətlərə verdiyi töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Unibank" birinci rübün maliyyə nəticələrini açıqladı - FOTO
"Unibank KB" 2026-cı ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.
Digər"Kapital Bank" enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir
Ölkənin birinci bankı "Kapital Bank" dayanıqlı inkişaf və yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
DigərAzərbaycanın oyun studiyaları üçün nüfuzlu qlobal tədbirdə iştirak imkanı
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və "Xsolla" şirkətinin tərəfdaşlığı ilə Azərbaycandan olan oyun studiyalarının bu il 17 - 19 may tarixlərində Polşanın Krakov şəhərində keçiriləcək "Digital Dragons 2026" beynəlxalq oyun konfransında iştirakı üçün müraciət qəbulu açıq elan edilib. Bu tədbirdə oyun studiyaları öz layihələrini təqdim edərək beynəlxalq bazarlara çıxış əldə etmək, qlobal oyun sənayesinin aparıcı nümayəndələri ilə əlaqə qurmaq və Azərbaycanın oyun ekosistemini dünya səh
Digər"Park Yasamal"da göl mənzərəli kompleksdə tam təmirli mənzillər - "Kristal" ilə rahat həyata keç
Bakıda həm rahat yaşayıb, həm də ağıllı investisiya etmək istəyirsən? Məhz bu nöqtədə "Kristal"ın "Park Yasamal" layihəsi diqqətləri üzərinə çəkir.