Son dəqiqə
"Azercell"in dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" baş tutubBakıda qadınlara həsr edilən beynəlxalq konfrans keçirilib"Bavariya" ilə cavab matçı ərəfəsində "Real Madrid"in heyətində itki - FOTOQəbələdə 900-dən çox abonent qazsız qalacaqYaxın Şərq münaqişəsi qlobal iqtisadiyyatı təhdid edir - Asiyanı fəlakət gözləyir?İqtisadi Şuranın iclası keçirilib: Büdcənin proqnoz göstəriciləri müzakirə olunub - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "Azercell"in dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" baş tutub
"Azercell"in dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" baş tutub
Digər

"Azercell"in dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" baş tutub

Bu gün
17:38
0 baxış
Paylaş:

Bu il müsabiqəyə 100-ə yaxın komanda müraciət edib.

Bu il müsabiqəyə 100-ə yaxın komanda müraciət edib.

"Azercell"in dəstəyi və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə ölkənin nüfuzlu biznes müsabiqələrindən biri olan "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" (ABCC) uğurla başa çatıb.

Müsabiqə gənclərin praktiki bacarıqlarının artırılması və onların iş mühitinə hazırlanması baxımından mühüm platforma rolunu oynayıb. "Harvard Business Review"nun real biznes problemlərinə əsaslanan tapşırıqlar üzərində qurulan layihə tələbələrdə biznes analitikası, strateji düşüncə və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.

Bu il müsabiqəyə ümumilikdə 100-ə yaxın komanda müraciət edib. Seçim mərhələlərini uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC tərəfindən təşkil olunan təlim proqramlarında iştirak edib. Onlardan 12-si yarımfinal mərhələsinə yüksəlib, yalnız 4 komanda isə finalda çıxış etmək imkanı qazanıb.

Final mərhələsində komandalar müxtəlif şirkət və qurumları təmsil edən münsiflər heyəti qarşısında öz həllərini təqdim ediblər. Münsiflərin qiymətləndirməsinə əsasən, ADA Universitetinin komandası birinci yerə layiq görülüb. Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən iki komanda isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib komandalar 8 000 AZN, 4 000 AZN və 2 000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Azercell_Telekom#Azərbaycan_Dövlət_İqtisad_Universiteti_(UNEC)#ADA_Universiteti

Oxşar Xəbərlər

"Yelo Bank" ilk rübdə faiz gəlirlərini 25% artırıbDigər

"Yelo Bank" ilk rübdə faiz gəlirlərini 25% artırıb

"Yelo Bank" 2026-cı ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövrünün nəticələrinə əsasən, bank həm gəlirlilik, həm də kapital dayanıqlığı üzrə artım dinamikasını qoruyub saxlayıb. Rəqəmlərə nəzər yetirdikdə rüb üzrə əsas göstəricilər belədir:

Bu gün
16:220
"Bakcell"in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıbDigər

"Bakcell"in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb

"Bakcell" şirkətinin baş icraçı direktoru Klaus Müller 2026-cı il fevralın 6-da tutduğu vəzifədən ayrılıb. Telekommunikasiya sahəsində 30 ildən çox beynəlxalq təcrübəyə malik Klaus Müller təqaüdə çıxmaq qərarını elan edib.

Bu gün
15:480
"Unibank" birinci rübün maliyyə nəticələrini açıqladı - FOTODigər

"Unibank" birinci rübün maliyyə nəticələrini açıqladı - FOTO

"Unibank KB" 2026-cı ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.

Bu gün
15:200
"Kapital Bank" enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirirDigər

"Kapital Bank" enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir

Ölkənin birinci bankı "Kapital Bank" dayanıqlı inkişaf və yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu gün
11:220