
Yol problemi sakinlərin əsəbini tarıma çəkdi: "Heç bir tədbir görmürlər" - VİDEO
Şirvan şəhərinin Məhəmməd Əsədov küçəsinin sakinləri yolların bərbad vəziyyətindən narazıdırlar.
Şirvan şəhərinin Məhəmməd Əsədov küçəsinin sakinləri yolların bərbad vəziyyətindən narazıdırlar.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlər bildiriblər ki, küçə indiyədək asfalt üzü görməyib.
Onların sözlərinə görə, qışda palçıq, yayda isə toz-torpaq səbəbindən hərəkət çətinləşir. Taksi və təcili tibbi yardım avtomobilləri əraziyə gəlməkdə çətinlik çəkir.
"Evimə qonaq gələ bilmir. Məcbur qalıb qonaqlarımı restoranda qarşılayıram. Ayıbdır, utanıram", - deyə sakinlərdən biri qeyd edib.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də problemin həll olunmadığını vurğulayıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətŞAD XƏBƏR: Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl işlər aparılır. Bu çərçivədə şəhərin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilir.
CəmiyyətSərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir
Paytaxtın əsas küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar bir sıra marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir.
CəmiyyətSumqayıtda Ailə Sağlamlıq Mərkəzinin binası vətəndaşlar üçün təhlükə yaradır? - Sakinlərdən ŞİKAYƏT
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 1 saylı Ailə Sağlamlıq Mərkəzinin (ASM) binası yararsız vəziyyətə düşüb.
CəmiyyətAbşeronda 19 cinayətin üstü açılıb, 17 nəfər saxlanılıb - VİDEO
Abşeron Rayon Polis İdarəsi (RPİ) ərazi polis bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib.