
Jalə Əliyeva Avropa üçüncüsü oldu
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Gundem.today xəbər verir ki, idmançı üçüncü yer uğrunda qarşılaşmada Arina Demçenkaya (UWW) qalib gəlib.
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Gundem.today xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda Maqomedxabib Kadimaqomedova (UWW) 1:5 hesabı ilə uduzub.
Bununla da o, üçüncü yer uğrunda görüşdə bacarığını nümayiş etdirəcək.
C.Hacıyevdən fərqli olaraq İslam Bazarqanov (57 kq) isə finala vəsiqəni təmin edib. Medal qarşılaşmaları sabah reallaşacaq.
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Gundem.today xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə 11:1 hesabı ilə qalib gəlib.
Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində Azərbaycanı təmsil edən beş sərbəst güləşçi Avropa çempionatında öz gücünü nümayiş etdirmək üçün mübarizəyə qoşulur.
Gundem.today xəbər verir ki, mötəbər turnirdə ölkəmizin idman şərəfini qoruyacaq İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) medallar uğrunda xalça üzərinə çıxacaqlar.
Günün digər həyəcanverici anları isə qadın idmançılarımızın iştirakı ilə yaşanacaq. Belə ki, milli komandamızın üç qadın güləşçisi bürünc medal uğrunda həlledici görüşlərdə qüvvəsini sınayacaq. Qitə birinciliyində Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova fəxri kürsünün üçüncü pilləsinə qalxmaq üçün mübarizə aparacaqlar.
Xatırladaq ki, çempionatda bundan əvvəl yunan-Roma güləşçilərimiz böyük uğura imza ataraq komanda hesabında Avropa birincisi olublar. Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medala sahib çıxdıqları halda, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat qazanıblar. Qadın güləşçilərimizdən isə Günay Qurbanova (59 kq) ölkəmizin aktivinə daha bir bürünc medal yazdırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa üçüncüsü Jalə Əliyeva: "Səhvlərim üzərində çalışacağam"
Avropa çempionatında bürünc medal qazanan qadın güləşçimiz Jalə Əliyeva (57 kq) yarışla bağlı təəssüratlarını bölüşüb.
İdmanQadın güləşçilərimiz Avropa çempionatını iki medalla başa vurdular
Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında beşinci olub.
İdmanVinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza kəsildi
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Nəzarət, Etika və İntizam Orqanı İspaniyanın "Real Madrid" klubunun hücumçusu Vinisiusa qarşı irqçi davranışa görə sərt qərar qəbul edib.
İdmanAzərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazandı
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.