Son dəqiqə
"Renault" Çinlə rəqabətə görə mühəndis heyətini ixtisar edəcək"Satoşi dövrünün" "kriptokiti" 150 milyon dollarlıq "Bitcoin" köçürübABŞ-də sürücülər müşahidə kameralarına görə şəhər hakimiyyətini məhkəməyə veriblərAlimlərdən maraqlı kəşf: Kaşalotların ünsiyyət sistemi insan dilinə bənzəyirŞəhid ailələri üçün tikilən bina TƏHLÜKƏDƏ - VİDEOÇexiyada qızıl xəzinəsi tapan turistlərə fantastik mükafat veriləcək
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Ordu
  3. Azərbaycanlı hərbçilərin Türkiyədəki təlimindən GÖRÜNTÜLƏR
Azərbaycanlı hərbçilərin Türkiyədəki təlimindən GÖRÜNTÜLƏR
Ordu

Azərbaycanlı hərbçilərin Türkiyədəki təlimindən GÖRÜNTÜLƏR

11 aprel 2026
10:30
1 baxış
Paylaş:

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla davam edir.

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimi uğurla davam edir.

Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim planına uyğun olaraq keçirilən brifinqlərdə iştirakçılara təhlükəsizlik qaydaları, icra olunacaq tapşırıqların mərhələləri, həmçinin əməliyyatların aparılacağı ərazinin relyefi və iqlim xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Tapşırığa əsasən, şərti qəzaya uğramış pilotun aşkarlanması və xilas edilməsi məqsədilə paraşüt-desant və axtarış-xilasetmə bölmələri tərəfindən kompleks əməliyyat icra olunub. Helikopter vasitəsilə əraziyə cəlb edilən paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri "fast rope" üsulu ilə eniş edərək binada mövqe tutmuş şərti terrorçu qrupunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçiriblər.

Əməliyyatın növbəti mərhələsində ərazi üzərində tam nəzarət təmin edilib, pilot təhlükəsiz şəkildə təxliyə olunub. Tapşırığın uğurla icrasından sonra şəxsi heyət helikopter vasitəsilə ərazini tərk edib.

Eyni zamanda, əməliyyata cəlb olunan aviasiya vasitələri qruplara havadan mühafizə və atəş dəstəyi göstərərək tapşırıqların effektiv icrasına köməklik göstərib.

İcra olunan fəaliyyətlər zamanı şəxsi heyətin yüksək peşəkarlığı, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın yüksək səviyyədə olduğu nümayiş etdirilib.

Qeyd edək ki, beynəlxalq təlim aprelin 17-dək davam edəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Azərbaycan hərbi pilotları Türkiyədə tapşırıqları uğurla icra etdilər - FOTO - VİDEOOrdu

Azərbaycan hərbi pilotları Türkiyədə tapşırıqları uğurla icra etdilər - FOTO - VİDEO

Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Ankası - 2026" ("Anatolian Phoenix - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Bu gün
16:000
Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunubOrdu

Azərbaycanla Çin arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çinə səfər edib.

10 aprel 2026
18:241
Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib - VİDEOOrdu

Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib - VİDEO

Azərbaycanda hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib.

10 aprel 2026
17:541
Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində yoxlama keçirildi - FOTOOrdu

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində yoxlama keçirildi - FOTO

2026-cı ilin hazırlıq planına əsasən, Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) "N" saylı hərbi hissəsində inspeksiya yoxlaması keçirilib.

10 aprel 2026
17:581