Son dəqiqə
Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi: Qubadakı cinayətin TƏFƏRRÜATIABŞ-də təyyarə qəzaya uğradı, ölənlər var - VİDEOTürkiyədə barəsində saxlanılma qərarı çıxan məşhur aşpaz Somer Sivrioğlu: "Biletimi aldım" - FOTOSOCAR "Itochu" Korporasiyası ilə əlaqələrin genişləndirilməsini müzakirə edib - FOTO367 nəfər Azərbaycandan deportasiya edilibBəzi müəllimlərin sertifikasiyadan yayınmaq taktikası - Təkrar MİQ imtahanı qanunidirmi?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Yaxın Şərqdəki gərginliyin neft ixracına vurduğu zərbə - FOTO
Yaxın Şərqdəki gərginliyin neft ixracına vurduğu zərbə - FOTO
Dünya

Yaxın Şərqdəki gərginliyin neft ixracına vurduğu zərbə - FOTO

Bu gün
16:28
0 baxış
Paylaş:

İraq, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ixracat 469 milyon bareldən (fevral) 263 milyon (mart) barelə düşüb, yəni ixracatda 206 milyon barel və ya 44 faiz azalma müşahidə olunub.

İraq, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ixracat 469 milyon bareldən (fevral) 263 milyon (mart) barelə düşüb, yəni ixracatda 206 milyon barel və ya 44 faiz azalma müşahidə olunub.

Gundem.today xəbər verir ki, bu barədə "Al Jazeera" məqalə dərc edib.

Məqalədə bildirilib ki, azalma sürətli, lakin altı ölkə arasında fərqli nisbətlərdə baş verib. Limanlarının coğrafi mövqeyi və alternativ boru kəməri imkanlarından asılı olaraq bəzi dövlətlər digərləri ilə müqayisədə daha çox zərər görüb.

Bəs hansı neft hasilatçıları daha çox zərər çəkib? Müəllifin sözlərinə görə, ən ağır zərbə İraqa dəyib. Belə ki, İraqda ixracat 82 faiz azalaraq 94 milyon bareldən (fevral) 17 milyon barelə (mart) qədər geriləyib. Məlumata görə, Küveyt və Qətər neft tədarükünün təxminən dörddəüçünü itirib və müvafiq olaraq 75 və 70 faiz azalma ilə üzləşib. Səudiyyə Ərəbistanı və BƏƏ daha az - müvafiq olaraq 34 və 26 faizlik geriləmə ilə vəziyyətdən çıxa bilib. Bu nəticə qismən Hörmüz boğazından yan keçən boru kəmərləri və üzən anbarlar hesabına əldə olunub. Yeganə istisna isə Oman dövləti olub. Buna səbəb isə bu ölkənin bir çox limanlarının boğazdan kənarda yerləşməsi olub. Digər ölkələrdən fərqli olaraq Omanın ixracatı 16 faiz artaraq 25 milyon bareldən 29 milyon barelə yüksəlib, lakin bu, ümumi kəsiri yalnız cüzi miqdarda ödəməyə kömək edib.

Müəllif qeyd edir ki, qlobal etalon kimi Böyük Britaniya və Norveç arasında, Şimal dənizində hasil edilən "Brent" markalı neftdən istifadə olunur. ABŞ etalonu olaraq isə Texasda çıxarılan "West Texas Intermediate" (WTI) nefti götürülür. Neft qlobal əmtəə kimi ticarət olunur. Yəni hər hansı bir fasilə ölkənin nefti faktiki haradan almasından asılı olmayaraq, zəncirvari reaksiya verə bilər. Müharibənin əsas hissəsində neftin qiyməti barel üçün 100 dolları ötüb və aprelin 2-də təqribən 128 dollar olmaqla pik həddə çatıb. Fevralın 28-də, ABŞ-İsrailin İrana qarşı müharibəsi başlamazdan əvvəl "Brent" markalı neftin orta qiyməti bir barel üçün təqribən 65 dollar təşkil edirdi.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#neft_ixracı#İran_böhranı#qlobal_neft_bazarı#VLCC_tankerləri#Brent_nefti#WTI_nefti#neft_qiymətləri#Körfəz_ölkələri#xam_neft_hasilatı#neft_sənayesi_statistikası.

Oxşar Xəbərlər

ABŞ-də təyyarə qəzaya uğradı, ölənlər var - VİDEODünya

ABŞ-də təyyarə qəzaya uğradı, ölənlər var - VİDEO

ABŞ-nin Arizona ştatında kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Bu gün
17:240
İranın vitse-prezidenti: "Tehranın uranı zənginləşdirməsi prosesinin qarşısını ala bilməyəcəklər"Dünya

İranın vitse-prezidenti: "Tehranın uranı zənginləşdirməsi prosesinin qarşısını ala bilməyəcəklər"

"Tehranın rəqibləri heç bir zaman İranın uranı zənginləşdirməsi prosesinin qarşısını ala bilməyəcəklər".

Bu gün
17:080
Paşinyan yenə Rusiyaya gedəcəkDünya

Paşinyan yenə Rusiyaya gedəcək

Ermənistan və Rusiya arasında yeni yüksəksəviyyəli görüş 2026-cı ilin iyun ayının ikinci yarısında planlaşdırılır.

Bu gün
16:360
Macarıstan NATO-dan çıxır?Dünya

Macarıstan NATO-dan çıxır?

Macarıstan hökuməti ABŞ-nin NATO-dan çıxacağı təqdirdə ölkənin belə bir addım atacağı ehtimalını nəzərdən keçirdiyinə dair iddiaları təkzib edib.

Bu gün
15:400