Son dəqiqə
Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTO"Arsenal"ın "Atletiko Madrid" ilə oyunu hansı kanalda yayımlanacaq?Kütləvi davada iki nəfəri öldürənlərə ağır cəza verildiŞəkidə WUF13 Festivalı başlayıb - Hansı tədbirlər olacaq? - FOTOMətbuat Şurasından müsahiblərlə bağlı ÇAĞIRIŞXaçmazda selin viran qoyduğu evlərin aqibəti necə oldu? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. Azərbaycan Universitetində gələcəyin ali təhsil modelinə həsr olunan beynəlxalq konfrans keçirilir
Azərbaycan Universitetində gələcəyin ali təhsil modelinə həsr olunan beynəlxalq konfrans keçirilir
Digər

Azərbaycan Universitetində gələcəyin ali təhsil modelinə həsr olunan beynəlxalq konfrans keçirilir

Bu gün
12:08
0 baxış
Paylaş:

Azərbaycan Universitetində "The Future of Higher Education: Global Perspectives, Local Impact" (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı ikigünlük beynəlxalq konfrans keçirilir. Tədbirdə ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunur.

Azərbaycan Universitetində "The Future of Higher Education: Global Perspectives, Local Impact" (Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir) adlı ikigünlük beynəlxalq konfrans keçirilir. Tədbirdə ali təhsilin gələcəyinə dair müasir trendlərin, innovativ yanaşmaların və lokal reallıqların qlobal dəyişikliklərlə qarşılıqlı təsiri müzakirə olunur.

Azərbaycan Universiteti və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi ali təhsil sistemlərinin modernləşdirilməsi, rəqəmsal transformasiya, beynəlmiləlləşmə, əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqların inkişafı istiqamətində fikir mübadiləsinin aparılmasıdır. Konfransın işində elm və təhsil ictimaiyyətinin nümayəndələri, 20-dən çox ölkədən alim, tədqiqatçı və ekspert iştirak edir.

Tədbirdən əvvəl universitet rəhbərliyi və konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Akademik Zərifə Əliyevanın da məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri düzülüb.

Beynəlxalq tədbiri salamlama nitqi ilə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva açaraq bildirib ki, Azərbaycanın ali təhsil sisteminin inkişafı ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttə əsaslanır. Bu strateji kurs bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən təhsil, sosial və digər sahələrə göstərilən ardıcıl diqqət və dəstək, bütövlükdə insan kapitalının inkişafına böyük töhfədir.

Rektor çıxışında qeyd edib ki, ali təhsil sistemi tarixi transformasiya mərhələsindən keçir. Qloballaşma, rəqəmsallaşma, süni intellekt texnologiyalarının inkişafı və dəyişən əmək bazarı bu sahədə ciddi dəyişikliklərə səbəb olur. Ali təhsil artıq yalnız bilik ötürən sistem deyil, innovasiya yaradan, tənqidi düşüncəni formalaşdıran və cəmiyyətin inkişafına istiqamət verən dinamik bir ekosistemdir. Bu baxımdan konfransın mövzusu olan "qlobal baxış və lokal təsir" yanaşması xüsusi əhəmiyyət kəsb edir və çox əhəmiyyətli bir ideyanı özündə birləşdirir.

Daha sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Universitetinin prorektoru Bakıt Altınbaşov çıxış ediblər. Çıxışlarda ali təhsilin qarşısında duran müasir çağırışlar - rəqəmsallaşma, süni intellektin təhsilə inteqrasiyası, tədrisin keyfiyyətinin artırılması, universitet - sənaye əməkdaşlığının gücləndirilməsi, innovasiya və tədqiqat fəaliyyətinin inkişafı kimi məsələlərə toxunulub.

Açılış mərasimindən sonra konfrans işini iki plenar sessiya müxtəlif tematik istiqamətləri əhatə edən bölmə iclaslarında davam etdirir. Beynəlxalq tədbir bu gün başa çatacaq.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Azərbaycan_Universiteti

Oxşar Xəbərlər

"McDonald's Azərbaycan" dünya çempionu olan gənc karateçini dəstəklədiDigər

"McDonald's Azərbaycan" dünya çempionu olan gənc karateçini dəstəklədi

Beynəlxalq arenada yüksək nəticələr əldə edən gənc idmançıların hekayələri getdikcə daha çox qürur mənbəyinə çevrilir.

Bu gün
11:360
"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edirDigər

"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir

"Silk Way West Airlines" Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir. Bu əlamətdar tarix Yaponiya bazarının aviaşirkətin beynəlxalq marşrut şəbəkəsində mühüm yer tutduğunu göstərir və şirkətin beynəlxalq yük aviadaşımalarının inkişafına uzunmüddətli yanaşmasını bir daha təsdiqləyir.

Bu gün
11:300
"Referans Medical Group" və "Novo Nordisk Azərbaycan" piylənmə mərkəzlərinin yaradılması istiqamətində strateji müqavilə imzalayıbDigər

"Referans Medical Group" və "Novo Nordisk Azərbaycan" piylənmə mərkəzlərinin yaradılması istiqamətində strateji müqavilə imzalayıb

Azərbaycanda artıq çəki və piylənmə problemi getdikcə aktual xarakter alır və bu istiqamətdə daha sistemli və effektiv yanaşmalara ehtiyac artır. Mütəxəssislər bildirirlər ki, piylənmə yalnız həyat tərzi ilə bağlı deyil, uzunmüddətli idarə olunma tələb edən bir vəziyyətdir. Bu isə sahədə yeni və daha müasir yanaşmaların tətbiqini zəruri edir.

Bu gün
11:200
"mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcəkDigər

"mygov" vasitəsilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən "mygov" platformasının inkişafında yeni yanaşmaya start verilib. Bu çərçivədə vətəndaşlar artıq yalnız xidmət istifadəçisi deyil, xidmətlərin birgə dizaynında iştirak edən tərəf kimi çıxış edir.

Bu gün
10:220