
Əsərləri dünya şəhərlərində qorunan azərbaycanlı rəssam - FOTOREPORTAJ
1971-ci ildə Bakıda anadan olan rəssam Mir Azər Abdullayevin yaradıcılığa marağı uşaqlıq illərindən formalaşıb.
1971-ci ildə Bakıda anadan olan rəssam Mir Azər Abdullayevin yaradıcılığa marağı uşaqlıq illərindən formalaşıb.
Gundem.today PhotoStock.Az-a istinadla xəbər verir ki, bu maraq zamanla peşəkarlığa çevrilib və onu sənət dünyasında tanınan simalardan biri edib.
İlk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alan Mir Azər Abdullayev 1991-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib. Hər iki təhsil ocağını fərqlənmə diplomu ilə başa vurub. O, artıq 15 ildən çoxdur ki, təhsil aldığı universitetdə müəllim kimi fəaliyyət göstərir.
Gənc rəssamlarla daim ünsiyyətdə olan sənətkar tələbələrinə hər zaman öz üzərilərində işləməyi, çətinliklər qarşısında ruhdan düşməməyi tövsiyə edir.
Rəssamın yaradıcılığında emalatxanası xüsusi yer tutur. İllərdir əsərlərini ərsəyə gətirdiyi bu məkan onun üçün ən doğma yerlərdən biridir. Müxtəlif texnikalarda əsərlər yaratsa da, Mir Azər Abdullayev daha çox yağlı boya ilə işləməyə üstünlük verir. Əsərləri yalnız yerli sərgilərlə məhdudlaşmır, o, mütəmadi olaraq beynəlxalq sərgilərə qatılır.
Onun yaradıcılıq nümunələri Nyu-York, Kopenhagen, Düsseldorf, Paris, Melbrun, Ankara və Təbriz kimi şəhərlərdə şəxsi kolleksiyalarda qorunur və müxtəlif kataloqlarda yer alır. Rənglərin dili ilə danışan sənətkar üçün yaradıcılıq həm daxili aləmin ifadəsi, həm də insanlara ötürülən hissdir. Mir Azər Abdullayev bu duyğuları illərdir əsərlərində yaşadır və hər yeni əsəri ilə sənətə yeni bir nəfəs gətirir.
Rəssam Mir Azər Abdullayevin yaradıcılığına dair fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətMilli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" sərgisinin açılışı olub
Milli Xalça Muzeyində multidisiplinar rəssam Mədinənin "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgisinin açılışı olub.
MədəniyyətXalq artisti Maqsud Məmmədovun dəfn olunacağı yer AÇIQLANDI
Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.
MədəniyyətXalq artisti: "O vaxtın keyfiyyətsiz musiqiçilərini indi bəzən korifey sənətkar kimi təqdim edirlər" - VİDEO - FOTO
"O vaxtın keyfiyyətsiz musiqiçilərini indi bəzən korifey sənətkar kimi təqdim edirlər".
MədəniyyətMahcamal Babayeva: "Sosial şəbəkələr sevgini saflıqdan uzaqlaşdırır" - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki buraxılışının qonağı şairə və qəzəlxan Mahcamal Babayeva olub.