
Xalq artisti: "O vaxtın keyfiyyətsiz musiqiçilərini indi bəzən korifey sənətkar kimi təqdim edirlər" - VİDEO - FOTO
"O vaxtın keyfiyyətsiz musiqiçilərini indi bəzən korifey sənətkar kimi təqdim edirlər".
"O vaxtın keyfiyyətsiz musiqiçilərini indi bəzən korifey sənətkar kimi təqdim edirlər".
Gundem.today-ın məlumatına görə, Xalq artisti, bəstəkar Aygün Səmədzadə "Uzun sözün qısası" podkastına qonaq olub.
Bəstəkar veriliş zamanı Azərbaycan musiqisi, keçmiş dövrün mahnıları, keyfiyyət məsələsi və bir çox mövzularda fikirləri bölüşüb.
O deyib ki, titulu olan bəzi müəlliflərin mahnılarını zəif hesab edir və həmin əsərlərin bu gün təqdim olunsa da yenidən tanınmasının səbəbi onların ifaçılarıdır:
"Azlığın içində sən daha yaxşı seçim edirsən və yaddaşa mahnılar daha yaxşı həkk olunur. Onların içində zəiflər də olub. Adlarını çəkməyəcəm. Elə bəstəkarlar var ki, titulları da olub, amma fikrimcə, onların mahnıları zəifdir. Hətta deyərdim, mahnı da deyillər"...
Aygün Səmədzadə əlavə edib ki, zaman keyfiyyəti dəyişmir və uğursuz mahnı istənilən dövrdə zəif olaraq qalır:
"Zaman əslində heç nəyi dəyişmir. Keyfiyyətsiz mahnı o vaxt da keyfiyyətsiz olub, keyfiyyətsiz müğənni o vaxt da keyfiyyətsiz olub. Baxmayaraq ki, onların bəzilərini bu gün ağsaqqal, korifey musiqiçilər kimi təqdim edirlər. Axı hələ bunları dinləyən insanların hamısı ölməyib. Yəni biz bilirik ki, bunlar nə oxuyub, indi mənəm-mənəm deməklə deyil".
Müsahibəni daha ətraflı bu linkdən izləyə bilərsiniz.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətMilli Xalça Muzeyində "Yaddaşa həkk olunan təsvir" sərgisinin açılışı olub
Milli Xalça Muzeyində multidisiplinar rəssam Mədinənin "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgisinin açılışı olub.
MədəniyyətƏsərləri dünya şəhərlərində qorunan azərbaycanlı rəssam - FOTOREPORTAJ
1971-ci ildə Bakıda anadan olan rəssam Mir Azər Abdullayevin yaradıcılığa marağı uşaqlıq illərindən formalaşıb.
MədəniyyətXalq artisti Maqsud Məmmədovun dəfn olunacağı yer AÇIQLANDI
Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.
MədəniyyətMahcamal Babayeva: "Sosial şəbəkələr sevgini saflıqdan uzaqlaşdırır" - VİDEO
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki buraxılışının qonağı şairə və qəzəlxan Mahcamal Babayeva olub.